Yığmamız İsrailin yolunu kəsdi
10.09.2014 - 08:20
Yığmamız İsrailin yolunu kəsdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Aoasport.az saytının məlumatına görə, final mərhələsinə 7 vəsiqə uğrunda mübarizəni davam etdirəcək 14 yığmadan 10-u qrup qalibləridir.

 

Bunlar Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Slovakiya, İspaniya və İsveç milliləridir. Öz qruplarında 2-ci olanlardan İslandiya, Hollandiya, Serbiya və Ukrayna da onlara qoşulub.

 

Bu 4 komanda qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik olması sayəsində pley-offa yüksəlib. Azərbaycan millisinin yer aldığı 8-ci qrupun qalibi Portuqaliyadan fərqli, 2-ci olan İsrail mübarizəni dayandırıb. Buna onların son səfər oyununda Bakıda Azərbaycan yığmasına uduzması səbəb olub. Əgər israillilər həmin matçda qalib gəlsəydi, pley-offa qatılacaqdı.

 

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması sentyabrın 12-də keçiriləcək.