Yığmamız İsveçrə klubu ilə bacarmadı - FOTOSESSİYA
26.02.2014 - 10:00
Yığmamız İsveçrə klubu ilə bacarmadı - FOTOSESSİYA

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız İsveçrənin "Vaud" klubunun əvəzedici komandası ilə qarşılaşıb.

Qarşılaşma 2:1 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Xəyal Əmirli fərqlənib.

Qeyd edək ki, Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.

Mənbə: affa.az