Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmaların iştirakı ilə qarşılaşmaların çox olmaması cədvəldə yalnız cüzi dəyişikliklərin baş verməsi ilə nəticələnib.
AVRO-2016-nın seçmə oyunlarından sonra meydana çıxmayan Azərbaycan millisi də mövqeyində qalıb. Komandamız 1366 xalla dünyanın 13-cü millisidi. Yığmamız Avropa təmsilçiləri arasında 7-ci pillədə qalıb.
Cədvələ isə İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb.
Qeyd edək ki, siyahıda planetin 97 millisi yer alıb. Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.
Dünyanın ən güclü 20 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya – 1746
4. İtaliya - 1721
5. Argentina – 1629
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna – 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
11. Yaponiya – 1401
12. Paraqvay - 1384
13. AZƏRBAYCAN – 1366
14. Sloveniya – 1360
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1315
18. Tailand - 1295
19. Özbəkistan - 1269
20. Qazaxıstan - 1260