Sabah 17 yaşadək qızlardan ibarət komandalar arasında AVRO-2016-nın seçmə mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq yarışda iştirak iddiasında olanların diqqəti UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahına yönələcək.
Azərbaycan yığması da 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək seçmnə oyunlardakı rəqiblərinin adını biləcək. Qitə birinciliyinə 47 komandanın qatılması isə yeni rekorddu. Bu yığmalar İsveçrənin Nyon şəhərindəki püşkatmada 11 qrupa bölünəcək. Fransa və Almaniya yüksək reytinqinə, Belarus isə meydan sahibi kimi bu mərhələdən azaddı.
Digər komandalar 3 səbətə bölünüb. Noyabrın 19-da Bakı vaxtı ilə 11:40-da başlayacaq tədbirdə millimiz C səbətində olacaq.
U-17-nin potensial rəqibləri
A səbəti: İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya
B səbəti: Çexiya, Rusiya, Hollandiya, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Yunanıstan
C səbəti: Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya, Xorvatiya, Moldova, Latviya, İsrail, Farer Adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gürcüstan, Andorra, Ermənistan.
Qeyd edək ki, Azərbaycan Ermənistanla, Ukrayna Rusiya ilə eyni qrupa düşə bilməz.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı