Yığmamız qara sarğıda - FOTO
21.01.2014 - 10:58
Türkiyədə keçirilən Egey kubokunda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 20-də keçirdiyi ilk matçına qara sarğı ilə çıxıb. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayevin yetirmələri Yunanıstanla qarşılaşmada 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar qollarında qara sarğı çıxış ediblər.
Millimiz Ellada təmsilçisi ilə görüşdə qolsuz heç-heçə edərək 1 xalla kifayətlənib. A qrupundakı digər oyunda da heç-heçə qeydə alınıb. Belə ki, Türkiyə ilə Ukrayna qalibi müəyyənləşdirə bilməyib – 1:1.
Mənbə: affa.az
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0