19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində 4-cü qrupun ilk turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Macarıstandakı yarışın ilk oyun günü Azərbaycan millisinin iştirakı ilə baş tutan matçla yekunlaşıb.
AFFA-nın baş katibi Elxan Məmmədovun da izlədiyi görüşdə yığmamız meydan sahibləri ilə qarşılaşıb. 37-ci dəqiqədə Kristof Polqarın qolu ilə macarlar hesabda önə keçsə də, millimiz məğlubiyyətdən qaça bilib. 84-cü dəqiqədə Budaq Nəsirov komandamıza 1 xal gətirən qolu vurub – 1:1.
Qeyd edək ki, I turun digər oyununda Slovakiya Sloveniyanı məğlub etmişdi – 2:1. Millimiz noyabrın 12-də Slovakiya ilə görüşəcək.