[b]Yığmamız antirekorda doğru [/b]
17.11.2014 - 11:58
[b]Yığmamız antirekorda doğru [/b]

Azərbaycan millisi ardıcıl 5-ci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə Bakıdakı görüşündə 0:1 hesabı ilə uduzan yığmamız tarixinin ən uğursuz seriyalarından birini gerçəkləşdirib.

 

Belə ki, avqustun 20-də Özbəkistanla Bakıdakı yoxlama oyunu (0:0) komandamızın məğlub olmadığı son görüşdü. Bundan sonra 1 yoldaşlıq, 4 seçmə matçı keçirən milli hər dəfə meydanı başıaşağı tərk edib.

 

Sentyabrın 3-də Moskvada Rusiya ilə yoldaşlıq oyununda 4, oktyabrın 13-də Osyekdəki seçmə matçında Xorvatiyadan 6 cavabsız qol buraxan komandamız digər iki yenilgisini minimal fərqlə almışdı. Sentyabrın 9-da Bolqarıstan Bakıda, oktyabrın 10-da İtaliya Palermoda 2:1 hesabına sevinmişdi. Bu 4 məğlubiyyətdən sonra 5-ci dəfə uduzan komandamız seriya zamanı 2 top vurub 15-ni buraxıb.

 

Qeyd edək ki, 5 oyunluq məğlubiyyət seriyası milinin tarixində ən uzun 6 yenilgi seriyasından biridi. 1994-95-ci illərdə qeydə alınan ardıcıl 11 məğlubiyyət tariximizin antirekordu sayılır.

 

Bundan başqa, 2009-cu ildə 7, 2005 və 2011-ci illərdə 6 məğlubiyyəti sıralayan komandamız 2000-ci ildə də indiki kimi ardıcıl 5 dəfə azarkeşlərini üzmüşdü.