Bu gün AVRO-2016-nın seçmə mərhələsində ilk oyununa çıxacaq Azərbaycan millisi Bolqarıstanla qarşılaşmada ilkə imza ata bilər. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Bolqarıstanla ev oyununda qalib gəlsə, komandamız tarixində ilk dəfə startda 3 xal qazanacaq.
Belə ki, əvvəlki 10 seçmə mərhələnin heç birində millimiz ilk oyunu qələbə ilkə başa vurmayıb. Cəmi 2 dəfə startda heç-heçə edən yığmamız digər 8 mərhələyə məğlubiyyətlə başlayıb.
4 dəfə Bakıda, 6 dəfə səfərdə start xəttinə çıxan komandamız 5-ci dəfə seçmə mərhələyə evdə başlayacaq. Öz meydanındakı son iki startda 1:1 hesablı heç-heçəylə kifayətlənən komandamız bu dəfə qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, yığmamız bütün start oyunlarında qol buraxıb.
AÇ-1996
7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan - 3:0
DÇ-1998
2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan - 5:0
AÇ-2000
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 3:0
DÇ-2002
2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç - 0:1
AÇ-2004
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
DÇ-2006
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels - 1:1
AÇ-2008
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan - 1:0
DÇ-2010
6 sentyabr 2008. Kardif. DÇ. Uels - Azərbaycan - 1:0
AÇ-2012
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
DÇ-2014
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail - 1:1