Yığmamız üçün yeni rəqib
11.04.2015 - 10:05
Yığmamız üçün yeni rəqib

Futzal üzrə milli komandamızın iştirakı ilə keçiriləcək beynəlxalq turnirin formatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, aprelin 22-dən 24-dək Moldovada baş tutacaq yarışda 3 deyil, 4 komanda mübarizə aparacaq.

 

Baş məşqçi Tino Perezin komandası ilə yanaşı, Moldova və Yunanıstanın da çıxış edəcəyi yarışa Rumıniyanın Moldova vilayətinin regional yığması da qatılacaq. Öncədən komandamızın aprelin 23-də Yunanıstan, ertəsi gün isə Moldova yığması ilə qarşılaşacağı planlaşdırılsa da, təqvim fərqli şəkil alıb.

 

Millimiz ayın 23-də regional komanda ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Saat 20:30-da isə Moldova ilə Yunanıstan üz-üzə gələcək. Cütlərdə qalib gələnlər ertəsi gün finalda qarşılaşacaq. Yarımfinalda uduzanlar isə 3-cü yerin sahibini müəyyənləşdirəcək.

 

Qeyd edək ki, milli komandamız sentyabrın 15-də və 22-də Avropa çempionatının pley-off mərhələsində iştirak edəcək.