Yığmamız Xorvatiyaya rəqib oldu
19.11.2014 - 13:42
Yığmamız Xorvatiyaya rəqib oldu

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının növbəti mövsümünün püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, Slovakiyada baş tutacaq final mərhələsinə vəsiqələr uğrunda 46 komanda mübarizə aparacaq.

 

Bunlardan ikisi – İngiltərə ilə İspaniya yarışa elit-raunddan qoşulacaqsa, digər 44 komanda 11 qrupa bölünüb. İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

 

2015-ci il sentyabrın 15-dən 20-dək keçiriləcək seçmə mərhələdə yığmamız 3-cü qrupda mübarizə aparacaq. Komandamız Xorvatiya, Uels, Belçika yığmaları ilə oyunlarda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.