Yığmamız yaponlarla bacarmayıb, özbəklərə qalib gəldi
21.03.2015 - 12:46
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib.
İlk oyunda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.
0
0