15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Patrisiya Qonzales martın 3-dən 7-dək yeniyetmə futbolçuları sınaqdan keçirəcək.
Bakıda keçiriləcək hazırlıqlara 25 oyunçu çağırılıb: Ülkər Ağayeva (“Əhmədli Yunayted”), Adilə Rəhimli, Samirə Kürdükova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Rövşanə Sərdarlı, Aytən İbadova (hər ikisi “İmişli”), Teyera Qurbanəliyeva (“Ləcət”, Xaçmaz), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Sevinc Fəttahzadə (“Neftçi”), Rəvanə Səfiyeva, Aliyə Hüseynli (hər ikisi “Sumqayıt”), Vüsalə Seyfəddinova (“Şəki”), Gültac Ramazanova, Lamiyə Qurbanova (hər ikisi UGİM, Qax), Xavər Rəsulzadə, Həqiqət Qasımova, Nərmin Şabanzadə (hamısı UGİM-14), Samirə Vəliyeva (UGIM-18), Aynur Zeynalova, Ayşə Əhmədova, Şəms Abdulrahimova (hamısı UGİM-9), Cəmilə Hüseynova, Ramella Məhmətebinova, İlahə Nuriyeva, Ülviyyə Şabanova (hamısı “Zaqatala”).
Mənbə: affa.az
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”