Martın 5-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Filippin yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisinin yeni baş məşqçisi Tomas Duli ilkin açıqladığı 34 nəfərlik heyətdən seçim edərək qarşıdakı 2 yoxlama matçında güvənəcəyi futbolçuları müəyyənləşdirib.
Filippin yığmasının martın 1-də Malayziya, 4 gün sonra yığmamızla görüşlərinin hərəsinə 22 oyunçu dəvət olunub. Bəzi futbolçular hər iki qarşılaşmaya çağırılsa da. Dulu ayrı-ayrı “22-lik”lər açıqlayıb. Yığmamızla Dubaydakı matça da bu sayda futbolçu dəvət alıb: Misaq Bahadoran, Amani Aquinaldo, Ceffri Kristians, Kenşiro Mixael Daniels, Ceyson De Yonq Nikolas Mariya, Anton Edvard Del Rosario, Ruben Doktora, Pol Mulders, Neyl Edvard Eteric, Robert Ceyms Qyer, Kristofer Robert Qritviç, Xuan Luis Xuirado, Mark Endryu Hartmann, Cerri Ruben Lusena, Roland Riçard Müller, Xavyer Patino, Xose Elmer Porteria, Patrik Reyçelt, Stefan Şrok, Martin Steubl, Ceyms Cozef Yanqhazband, Filip Ceyms Yanqhazband.
Qeyd edək ki, Dubayda keçiriləcək Azərbaycan – Filippin qarşılaşması millimizin 2014-cü ildə ilk matçı olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”