19 yaşadək qızlar arasında Avropa çempionatının Bakıda keçirilən VIII seçmə qrupunun son turunda Latviyanı 4:0 hesabı ilə məğlub edən Azərbaycan yığması tarixində 4-cü böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən qitəmiqyaslı yarışlara qatılan yığmamız bunadək 3 dəfə üç və ya daha çox top fərqilə qalib gəlmişdi.
Yığmamızın bu qələbələri son 4 ilə təsadüf edib. Millimizin Latviya ilə görüşdə rekordunu təkrarlamasına 1 qol çatmayıb. Belə ki, ən böyükhesablı qələbəmiz 5 top fərqilə olub.
U-19-un (qızlar) böyükhesablı qələbələri
26.09.2013. İsrail - 5:0
15.09.2015. Uels - 4:1
17.09.2015. Belçika - 3:0
20.09.2016. Latviya - 4:0
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb