Yığmamızdan açıq məşq
09.10.2014 - 08:00
Yığmamızdan açıq məşq

AVRO- 2016-nın seçmə mərhələsiNİN İtaliya ilə oyunu ərəfəsində Azərbaycan millisinin açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da İtaliyanın Palermo şəhərindəki “Renso Barbera” stadionunda vaş tutacaq qarşılaşmadan bir gün əvvəlki hazırlığı media nümayəndələri də izləyə biləcək.

 

Bu gün Bakı vaxtı ilə 19:00-da  “Sentro Universitano Sportivo Palermo” stadionundakı məşq zamanı azarkeşlər də, mətbuat nümayəndələri də iştirak edəcək. Azərbaycan milli komandasının hazırlığının ilk 20 dəqiqəsi onlar üçün açıq olacaq.

 

Mənbə: affa.az