[b]Yığmamızı məğlub etdi, heyətə “əl gəzdirir”[/b]
12.10.2014 - 23:01
[b]Yığmamızı məğlub etdi, heyətə “əl gəzdirir”[/b]

AVRO-2016-nın seçmə məhrələsində millimizə qarşı ilk dəfə yığmasında forma şansı əldə edə bilməyən Qrasiano Pelle Malta ilə görüşdə debüt edəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte komandanın heyətində bir sıra dəyişiklikliyə “əl atacaq”.

 

Yerli mətbuat iddia edir ki, Berti Foqtsun yetirmələrini 2:0 hesabı ilə məğlub etmələrinə baxmayaraq, “Yuventus”un sabiq çalışdırıcısı oyunçularının keyfiyyətlərindən narazı qalıb. Bunun üçün də o, Malta ilə səfərə matçında ilk dəfə “Sautqempton”un hücumçusu Pelleni meydana burxacaq. İngiltərə klubunda bu mövsüm 9 oyunda çıxış edən 29 yaşlı forvard start heyətdə Simone Zazanı əvəz edəcəyi gözlənilir.

 

Bundan başqa, İtaliyanın ilk “11-liy”ində Marko Verattinin Andrea Pirlonun yerinə meydana çıxması bildirilir. Həmçinin Konte millimizlə oyundan fərqli olaraq, bu dəfə ilk dəqiqələrdə Matteo Darmian və Mattia de Şilyonun əvəzinə Antonio Kandreva ilə Manuel Paskualu döyüşə atacaq.

 

Qeyd edək ki, Malta – İtaliya matçı Bakı vaxtı ilə saat 23:45-də start verəcək.