Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında yeni mövsümə başlayır. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin Macarıstanda baş tutacaq qarşılaşmaları yığmamız üçün 21-ci start olacaq.
İndiyədək 230 yarışa qatılan komandamız 1994-cü ildən indiyədək yalnız iki dəfə mərhələ keçib. 2006/07 və 2008/09 mövsümlərində elit-raunda yüksələn millimiz son 5 yarışda uğursuzluğa düçar olub.
İndiyədək 60 matç keçirən yığmamız 12 qələbə qazanıb, 9 heç-heçə edib və 39 dəfə uduzub. Hesabında 49 qol olan millimiz artıq bu gün Macarıstanla baş tutacaq görüşdə 50-ci dəfə qol vurmaq arzusunu gerçəkləşdirməyə çalışacaq. Baş tutan oyunlarda rəqiblərimiz 139 qola sevinib.