Norveçlə AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 211-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız Bakıda baş tutacaq matça qədər 210 dəfə meydana çıxıb.
AVRO-2016-nın seçmə mərhələsinin 4-cü oyununadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənib, 116 dəfə meydanı başıaşağı tərk edib. Ardıcıl 4dəfə uduzan komandamız tarixinin 95-ci məğlubiyyətsiz oyunun intizarındadı. Futbolçularımız bu görüşlərdə 148 dəfə rəqib qapısına yol tapıb. Bu oyunlarda qapıçılarımız 364 topun buraxılmasına üzülüb.
2014-cü ildə 8-ci qarşılaşmaya çıxacaq komandamız 6 matçlıq qələbə həsrətinə son qoymaq arzusundadı. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 6 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0), Rusiya (0:4), Bolqarıstan (1:2), İtaliya (1:2), Xorvatiya (0:6) ilə qarşılaşmalarda azarkeşlərini sevincə həsrət qoyub. Son 4 görüşdə uduzan yığmamız məğlubiyyət seriyasına da son qoymalıdı.
Komandamız seçmə mərhələlərdə 102-ci oyuna çıxacaq. Bunadək 101 belə matç keçirən millimiz 9 qələbə qazanıb, 19 heç-heçə etdiyindən hər iki göstəricidə yubileyin astanasındadı. Yığmamız bu matçlarda 73 dəfə uduzub. Seçmə oyunlarda 50 qol vuran futbolçularımız 224 top buraxıb. Avropa çempionatlarının 53 seçmə oyununda isə yığmamızın hesabında 5 qələbə, 6 heç-heçə və 42 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədi – 31:139.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı