Yığmamızın futbolçusu: Bu asan olmayacaq
07.03.2014 - 16:30
Yığmamızın futbolçusu: Bu asan olmayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi İlter Taşkının apasport.az saytına müsahibəsi

 

- Moldova ilə oyun barədə nə deyə bilərsiniz?

- Yaxşı başladıq. İlk hissənin sonunda gözlənilmədən qol buraxdıq. Amma buna baxmayaraq, ikinci hissədə toparlandıq. Sona qədər mübarizə apararaq heç-heçə edə bildik.

 

- Öz oyununuz siz qane etdimi?

- İlk dəqiqələrdə yaxşı oynadım. Amma rəqib qapısına doğru hərəkətlər edə və təhlükə yarada bilərdim. Bu mənada çatışmazlıq olduğunu deyə bilərəm. Ümumiyyətlə isə, pis təsir bağışlamadığımı düşünürəm.

 

- Yarımmüdafiədə çoxlu top itirdiniz. Bu nə ilə bağlı idi?

- Biz topu daha çox saxlamalı idik.  Üstəlik, hücumçular yaxşı açılarkən onlara top ötürməliydik. Lakin irəlidə futbolçumuz çox deyildi. Ona görə də tez-tez top itirirdik.

 

- Standart vəziyyətlərdə hücuma tez-tez qoşulurdunuz. Bu baş məşqçinin tapşırığı idi?

- Biz məşqlərdə bunun üzərində çox işləmişdik. Bir neçə real qol epizodumuz da oldu. Amma istifadə edə bilmədik. Yaxşı ki, axırda Azərin qolu ilə hesabı bərabərləşdirə bildik.

 

- Komandanız nəyə görə qalib gələ bilmədi?

- Rəqib qapısına doğru daha çox hücum etsək, bəlkə də qalib gələrdik. Hücumda da vaxtında çoxala bilmədik.

 

- İyun ayında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində U-21 Bakıda Norveçlə qarşılaşacaq. Qarşıdakı oyun barədə nə düşünürsünüz?

- Səfərdə onlara qalib gəldik. Bakıda da gərək eyni uğuru təkrar edək. Əlbəttə ki, bu asan olmayacaq. Lakin çalışacağıq ki, bunu bacaraq.

 

- Formasını geyindiyin “Ayntraxt” (Braunşveyq) klubunda işləriniz necə gedir?

- Mən əvəzedici komandada çıxış edirəm. Hazırda bütün gücümlə cəhd edirəm ki, əsas heyətə düşüm. Baş məşqçi də oyunumu izləyir. Ümid edirəm ki, növbəti illərdə buna nail olacam.

0