Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasının “Cənub-Qərb” zonasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” doğma azarkeşləri önündə Trir “Ayntraxt”ı ilə görüşüb.
480 azarkeşin izlədiyi görüşdə meydan sahibləri hesabda yenik durumda olsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirərək 2:1 hesabı ilə qalib gəlib. Yan-Lukas Dorovun dublu “Kayzerslautern”in II komandasına qələbə qazandırıb.
Rüfət isə meydana 63-cü dəqiqədə daxil olub. O, “Ştutqart”dan icarəyə götürülmüş avstriyalı Kevin Ştöqeri əvəzləyib. Futbolçumuz 77-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, onun zərbəsini rəqib qapıçı Kris Kaylmann dəf edə bilib. Beləliklə, “Kayzerslautern” ardıcıl 4-cü oyunda da yenilməməklə 36 xalla 5-ci pilləyə yüksəlib. Ondan 1 pillə yuxarıda məhz “Ayntraxt” qərarlaşıb.
Qeyd edək ki, Rüfət Dadaşov hazırda millimizin BƏƏ-nin Dubay şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edir. O məhz bu oyundan sonra birbaşa Ərəbistan yarımadasına yollanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”