Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Polşa Orlen Liqasında debüt edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçumuz yeni klubu “Atom”da ilk görüşünü “Bıqdojiç”ə qarşı keçirib.
İlk turda yığma ilə birgə İtaliyada dünya çempionatında olan Ağayeva II turun matçında yerli publika önünə çıxıb. O, səfərdə baş tutan qarşılaşmanın II hissəsində “İqtisadçı”nı Sopot təmsilçisinə dəyişən Deja Makklendonun əvəzinə meydana girib və cəmi 2 xal qazanıb. Milliləşdirilmiş legionerimiz bu xallardan birini hücumda, digərini blokda aktivinə yazıb.
Görüşün nəticəsinə gəlincə, “Atom” qalib gəlməkdə çətinlik çəkməyib. Sopot təmsilçisi 3:0 (25:18; 25:22; 25:21) hesablı qələbə sayəsində 6 xalla turnir cədvəlinə başçılıq edir.