Yığmamızın məşqçisi “Dinamo” – “Qəbələ” oyununda
29.06.2015 - 09:06
Azərbaycan millisinin məşqçiləri klublarımızın avrokuboklardakı çıxışını izləyəcək. Apasport.az saytının məlumatına görə, artıq ilk belə qarşılaşmanı izləyəcək mütəxəssis müəyyənləşib.
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, onun köməkçisi Elxan Abdullayev Gürcüstana yollanacaq. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis) – “Qəbələ” oyununu izləyəcək.
Qeyd edək ki, bu oyun iyulun 2-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.
Mənbə: affa.az
0
0