Yığmamızın rəqibi bağlı qapılar arxasında
14.11.2014 - 09:50
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Lüboslav Penevin yetirmələri Malta ilə oyuna qapalı hazırlıq prosesində “Marek” klubunu sınağa çəkib.
Azarkeşlər və media üçün qapalı olan qarşılaşmada milli 3 cavabsız qol vurub. Bağli qapılar arxasında baş tutan görüşdə rəqibimizin qollarını Andrey Qalabinov, İvelin Popov və Georgi İvanov vurublar.
Qeyd edək ki, bolqarıstanlıların Malta ilə oyunu noyabrın 16-da baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0