Yığmamızın rəqibinə yeni müqavilə
27.02.2014 - 17:15
Yığmamızın rəqibinə yeni müqavilə

Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yarışacaq İtaliya yığmasında dünya çempionatından sonra yeni baş məşqçi olmayacaq. Apasport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası «skuadra azzura»nın hazırkı çalışdırıcısı Çezare Prandelli ilə müqaviləni uzatmaq fikrindədi.

 

«La Gazzetta dello Sport»un məlumatına əsasən, əgər Braziliyada keçiriləcək mundialda qazanılacaq nəticə qənaətbəxş olsa, federasiya artıq 4-cü ildi yığmaya rəhbərlik edən mütəxəssisə yeni şərtlər təklif edəcək. Anlaşma baş tutsa, növbəti iş birliyi 2018-ci ilə qədər nəzərdə tutulub.
 

Komandanı 2012-ci ildə qitə birinciliyinin finalına çıxaran Prandelli həlledici matçda İspaniya darmadağınına (0:4) əngəl ola bilməmişdi. Qarşıdakı mundialda D qrupunda mübarizə aparacaq apenninlilərin rəqibləri İngiltərə, Kosta-Rika və Uruqvya milliləri olacaq.