AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi İtaliya yığmasının müdafiəçisi Emilyano Moretti üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Torino”nun futbolçusu “Skuadra Adzurra”nın heyətində debüt edən ən yaşlı oyunçu olub.
Hazırda Genuyanın “Luidci Ferraris” stadionunda Albaniya ilə keçirilən yoldaşlıq oyununda, 0:0 hesabı ilə davam edən matçda 33 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb.
Bununla da müdafiəçi İtaliya millisinin sabiq futbolçusu Mauro Tassottinin rekordunu keçib. 1992-1994-cü illərdə “Skuadra Adzurra”nın şərəfini qoruyan keçmiş arxa xətt oyunçusu 1992-ci ildə 32 yaşında yığmada debüt edib.
Qeyd edək ki, İtaliya U-16, U-20 və U-21-də forma geyinən Morettini ilk dəfə Antonio Konte milliyə çağırıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı