Yığmamızın üzvü 1 xal qazandı
27.10.2014 - 00:30
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"nın U-23 komandası Norderştedt "Ayntraxt"I ilə üz-üzə gəlib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Taşkın 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Ayntraxt" 14 turda 22 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
0
0