Yığmamızın yarımmüdafiəçisi Almaniyada qol vurdu
11.03.2015 - 10:04
Yığmamızın yarımmüdafiəçisi Almaniyada qol vurdu

Milli komandamızın futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Fortuna” II Almaniyanın Qərbi Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin komandası XXIV tur çərçivəsində “Vedenbruk”un qonağı olub.

 

Yığmamızın üzvü start heyətində meydana çıxıb və komandasının qələbəsinə töhfə verib. Belə ki, məhz Erat 2-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Meydan sahibləri fasiləyə qədər bərabərliyi bərpa etsələr də, “Fortuna” II ikinci hissədə vurduğu daha bir qolla (2:1) qələbə qazanıb.

 

Bu qarşılaşmadan sonra aktivindəki xalların sayını 36-ya çatdıran “Fortuna” II turnir cədvəlində 8-ci pillədəki mövqeyini qoruyub.