Yığmanın baş məşqçisi komandadan ayrıla bilər
16.04.2015 - 22:41
Yığmanın baş məşqçisi komandadan ayrıla bilər

Danimarka millisini çalışdıran Morten Olsen bir çox komandalardan təkliflər aldığını açıqlayıb. Apasport. az saytı xəbər verir ki, qocaman baş məşqçi bir neçə komandadan təklif alıb.

 

 

Lakin Olsen konkret olaraq ölkə və ya komanda adı çəkməkdən imtina edib. Onun hazırda Danimarka yığması ilə gələn ilin yayına kimi müqaviləsi mövcuddu.

 

 

Qeyd edək ki, mütəxəssis Şimali Avropa təmsilçisini 2000-ci ildən çalışdırır.