Yığmanın düşərgəsində daha bir futbolçu
10.11.2014 - 11:20
Yığmanın düşərgəsində daha bir futbolçu

Azərbaycan millisinin heyətində daha bir futbolçu qatılıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq yığmamızın hazırlıqlarında Rəhman Hacıyev də iştirak edir.

 

Onun noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışında olan komandaya bu gündən qoşulacağı gözlənilirdi. Lakin Türkiyənin “Qaziantep BB” klubunun üzvü toplanışa bir gün tez qatılıb.

 

Mənbə: affa.az