Yığmanın oyunçularına rekord məbləğdə mükafat vədi
13.03.2014 - 07:11
Nigeriya Futbol Federasiyası ölkə millisinin dünya çempionatında qalib gəldiyi təqdirdə rekord məbləğdə mükafat ödəməyə söz verib. Apasport.az saytının məlumatına görə, nigeriyalılar mundialda qalib gələcək ilk Afrika dövləti olsa, hər bir futbolçu 100 min dollar alacaq.
Amma bu, heç də ən böyük mükafat deyil. İspaniya yığmasının oyunçuları 4 il əvvəl dünya çempionatında qalib gəldikdən sonra hər biri 800 min dollar alıb.
Qeyd edək ki, Nigeriya yığması mundialda Argentina, İran və Bosniya ilə bir qrupda oynayacaq.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0