FİFA prezidenti Yozef Blatterə daha bir rəqib çıxıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ildə keçiriləcək prezident seçkilərində Çili Futbol Assosiasiyasının sabiq rəhbəri Harold Meyn-Nikolls hazırkı prezidentə rəqabət aparmaq niyyətindədir.
Çili mətbuatı iddia edir ki, bu ideanı UEFA prezidenti Mişel Platini təklif edib. Harold bundan sonra Blatterin ciddi rəqibi sayılacaq.
Qeyd edək ki, Meyn-Nikolls 2018 və 2022-ci illərdə Rusiya və Qətərdə baş tutacaq dünya çempionatlarının keçirilməsi üçün ölkələrin sifarişlərini qiymətləndirmiş komitəyə daxil olub.
Daha əvvəl isə FİFA prezident seçkilərinə ali futbol qurumunun sabiq katibinin müavini fransalı Jerom Şampan öz namizədliyini irəli sürmüşdü.