Yunanıstan çempionu bəlli oldu
20.04.2015 - 10:54
Yunanıstan çempionu bəlli oldu

Yunanıstan çempionatının başa çatmasına 3 tur qalmış qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Levadiakos”u 4:0 hesabı ilə məğlub edən “Olimpiakos” çempion tituluna yiyələnib.

 

Buna liderin ən yaxın izləyicisi “Panatinaikos”un xal itirməsi səbəb olub. “Pantrakikos”a 1:2 hesabı ilə uduzan Afina təmsilçisi “Olimpiakos”la xal fərqinin 11-ə çatmasına mane ola bilməyib.

 

Qeyd edək ki, Pirey klubu ardıcıl 5-ci, tarixində 42-ci dəfə çempion adını qazanıb. “Olimpiakos” həm də Çempionlar Liqasının 2015/16 mövsümünün qrup mərhələsində oynamaq hüququ əldə edib.