[b] Syomin “Qəbələ”nin sabiq futbolçusunu yanına aparır[/b]
30.06.2015 - 22:37
[b] Syomin “Qəbələ”nin sabiq futbolçusunu yanına aparır[/b]

Rusiya milli komandasının və “Qəbələ”nin keçmiş yarımmüdafiəçisi Marat İzmaylov karyerasını “Anji”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Sovetski sport” nəşri xəbər yayıb.

 

Mahaçqala klubuna təzəlikcə baş məşqçi təyin olunmuş Yuri Syomin bu keçidin alınmasında çox maraqlıdı.

 

Xatırladaq ki, yarımmüdafiəçi Syominin rəhbərliyi dövründə “Qəbələ”də çıxış etmişdi.

 

Əlavə olaraq qeyd edək ki, 32 yaşlı futbolçunun son klubu “Krosnadar” olub.