Yuri Syomin “Qəbələ”ni yada saldı
17.06.2014 - 09:29
Yuri Syomin “Qəbələ”ni yada saldı

“Azərbaycandakı fəaliyyətim məndə çox xoş təəssüratlar yaratdı. Üstəlik, hər bir məşqçi üçün öz işini yerinə yetirmək vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

 

Təcrübəli rusiyalı mütəxəssis vətənində müsahibə verib. O, həmkarımızla söhbətində ölkəmizdəki günlərini xatırlayaraq, komandasına qazandırdığı bürünc medaldan və Avropa Liqasına vəsiqədən danışıb. Hazırda “Mordoviya”nın “sükanı arxası”nda olan Syomin bildirib ki, “Qəbələ”dən ayrılarkən, hansısa narazılıq yaşanmayıb: “Mən “Qəbələ”də 1 il işləməyi planlaşdırmışdım. Ona görə də yollarımız ayrılarkən aramızda heç bir inciklik olmadı. İlin sonunda yekun qərar qəbul etməklə bağlı razılığımız da vardı. Mən də lazımı qərarı qəbul etdim. Dostlarımla birlikdə Rusiya yığmasını izləmək üçün dünya çempionatına getməyi planlaşdırmışdıq. Amma başqa cür alındı. Yeni təklif gəldi, mənimlə maraqlananlar oldu. Həmin insanlar məni yenə də işləməyimin lazım olduğuna inandırdı. Bu səbəbdən də işimi davam etdirməyə qərar verdim”.

 

Qeyd edək ki, Syomin 2013/2014 mövsümündə “Qəbələ”də işləyib. 

0