Yuri Syomin “Qəbələ”nin keçmiş futbolçusunu özü ilə apardı
20.06.2015 - 20:05
Yuri Syomin “Qəbələ”nin keçmiş futbolçusunu özü ilə apardı

Hollandiyalı futbolçu Lorenso Ebesiliyo “Anji” ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü “tvitter” hesabından məlumat verib.

 

Bir dönəm “Qəbələ”nin də formasını geyinmiş Ebesiliyo rusiyalı Yuri Syominin baş məşqçi olduğu zaman komandaya gəlmişdi. Syominin “Qəbələ”dən ayrılmasından sonra onunla birlikdə “Mordoviya”ya gedən yarımmüdafiəçi, bu dəfə də “Anji”yə keçib.

 

Xatırladaq ki, Yuri Syomin də bir neçə gün öncə “Anji” ilə müqavilə imzalamışdı.

 

Qeyd edək ki, hollandiyalı futbolçu 2013/14 mövsümünü “Qəbələ”də keçirmiş, meydana çıxdığı 32 oyunda 8 qol vurmuşdu.