Yuri Syomin: Bu nəticə pis deyil
12.03.2014 - 16:49
Yuri Syomin: Bu nəticə pis deyil

“Son günlərdə Azərbaycanın iki ən güclü klubu ilə qarşılaşdıq. Çempionatda “Neftçi” ilə görüşdükdən 3 gün sonra “Qarabağ”a qarşı oynadıq. Bu isə həm fiziki, həm də psixoloji cəhətdən asan deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

 

Rusiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”ıa ilk oyunu haqda fikirlərini açıqlayıb: “Komandamızın gərgin qrafiklə oynamaqda çətinlik çəkməsi fikri ilə razı deyiləm. Hesab edirəm ki, bu gün də komandamız pis oynamadı. Lakin hücumda qol vurmaqda çətinlik çəkdi. Kubokun iki oyundan ibarət olduğunu nəzərə alsaq, 0:0 hesabı heç də pis deyil. Daha çox meydana sonradan daxil olanlardan narazı qaldım. Xüsusilə də Leonardo da Silva potensialından aşağı çıxış etdi”.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu 0:0 hesabı ilə başa çatıb.