Yuri Syomin: Oyun ərzində 1-2 real qol imkanımız oldu
28.02.2014 - 17:51
Yuri Syomin: Oyun ərzində 1-2 real qol imkanımız oldu

“Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

 

Bu gün Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” görüşü qolsuz bərabərliklə yekunlaşıb. Rusiyalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında matça şərh verib: “Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçular var gücü ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.

 

“Simurq” klubunun baş məşqçisi George Çixradze isə qısa danışıb: “Oyun maraqlı və sürətli oldu. Hər iki komanda qələbə üçün oynayırdı. Bir neçə təhlükəli qol imkanı yaratdıq, lakin istifadə edə bimədik”.