Zaqatalada bol qollu matç
08.09.2014 - 19:18
Zaqatalada bol qollu matç

Topaz Premyer Liqasının V turunda Zaqatala "Qəbələ"ni qonaq etməyə hazırlaşan "Simurq" məşqlərini davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən Georgi Çixradzenin yetirmələri əvəzedici heyəti sınağa çəkib.

 

İkitərəfli oyunda əsas komanda kimi meydana çıxan "sarılar", ilk hissəsi 3:2 hesabı ilə başa çatan matçda "qaralar"ı 6:2 məğlub edib.

 

Məhərrəm Hüseynovun dubl etdiyi qarşılaşmada digər qolları Samir Zərgərov, Oruc Balaşlı, Draqan Çeran, Nicat Muxtarov, Stepan Polyak və Lukas Tresnak vurub.

 

Qeyd edək ki, artıq "Simurq" - "Qəbələ" matçının başlama vaxtı da məlumdur, Əvəzedicilərin oyunu sentyabrın 12-də saat 17:00-da, əsas komandaların qarşılaşması isə ayın 13-ü saat 19:00-da start götürəcək.