“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidan tezliklə komandaya başçılıq edə bilər. Apasport.z saytının məlumatına görə, “Gazzetta dello Sport” qəzeti bu hadisənin Çempionlar Liqasının final oyunundan sonra baş verəcəyini iddia edir.
Qəzetin özəl mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, klubun prezidenti Florentino Peres Çempionlar Liqasında məğlubiyyətə düçar olduqları təqdirdə Zidana özünü sınamaq üçün şans vermək qərarına gəlib.
Zidan mövsümün əvvəlində Ançelottinin məşqçi heyətinə daxil edilib. Amma mövsümün sonunda Madrid klubunu tərk edərək müstəqil fəaliyyətə başlamaq niyyətindədir. Bundan əvvəl Fransanın “Monako” və “Bordo” klublarının Zidanın xidmətində maraqlı olduğu bildirilirdi.