“Real”ın məşqçilər korpusuna bu klubun daha bir sabiq futbolçusu qoşula bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əfsanəvi oyunçu Roberto Karlos “kral klubu”nda çalışmağa çox yaxındı.
Bu barədə məlumatı Braziliya yığmasının sabiq müdafiəçisi özü verib. Karlos “Real”dan baş məşqçi Zinəddin Zidanın köməkçisi olmaq təklifi aldığını gizlətməyib: “Real” rəhbərliyi ilə bir görüşüm olub. Onlar Zidanın köməkçisi olmağımı istəyirlər. Bu təklifi qəbul edə bilərəm. “Real”da çalışmaq mənim üçün böyük şərəf olar”.
Qeyd edək ki, Roberto Karlos hazırda Hindistanın “Delhi Dinamo” klubunun oynayan baş məşqçisidi.