Madrid “Real”ının ikinci komandası – “Kastilya”nın çalışdırıcısı Zinəddin Zidan əsas komandada baş məşqçi kimi çalışmağa hazır olduğunu bildirib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, ötənlərin məşhur futbolçusu əgər Karlo Ançelottinin istefasından sonra ona təklif gəlmiş olsaydı bunu qəbul edəcəyini deyib:
“Mən peşəkaram. Heç vaxt hansısa təklifdən imtina eləmərəm. Əgər Ançelottidən sonra baş məşqçi olmaq mənə təklif olunsaydı, bundan çəkinməzdim”.
“Zizu” ona təklif gəlmədiyi üçün isə kefini pozmadığını qeyd edib:
“Ancaq mənə təklif gəlmədi deyə kefimi pozmuram. Öz vaxtımı gözləyirəm və düşünürəm ki, bir gün mütləq mənə də şans verəcəklər”.