Yamal bu göstəriciyə görə Avropanın TOP-5 liqasında mövsümün ən yaxşı oyunçusudur
19.05.2025 - 09:18

"Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal Avropanın ən yaxşı 5 liqası arasında driblinqlərin sayına görə mövsümün ən yaxşı oyunçusudur.
Apasport.az xəbər verir ki, Yamal 2021/22 mövsümündən sonra 150 uğurlu driblinq edən ilk futbolçu olub.
Bu mövsüm Yamal bütün turnirlərdə 53 matçda iştirak edib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona” vaxtından əvvəl İspaniya çempionu olub. Komanda 37 turda 85 xal toplayıb.
0
0