Yamal dünya futbolu tarixinə düşdü
20.07.2026 - 09:43
İspaniya millisinin cinah oyunçusu Lamin Yamal DÇ-2026-nın finalında Argentina üzərində qazanılan 1:0 hesablı qələbə ilə dünya futbolu tarixinə düşüb.
Apasport.az xəbər verir ki, o, 19 yaşına qədər həm Avropa çempionluğunu (2024), həm də dünya çempionluğunu (2026) qazanan ilk futbolçu olub.
19 yaşlı futbolçu dünya çempionatında bütün 8 oyunda meydana çıxaraq 1 qol vurub. O, 2024-cü il Avropa çempionatında da 7 matçın hamısında iştirak edib, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Finalda etdiyi məhsuldar ötürmə də İspaniyaya çempionluğu qazandırıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0