Yamal ən yaxşı adına layiq görüldü
05.10.2024 - 00:12
Yamal ən yaxşı adına layiq görüldü

La Liqada sentyabrın ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal layiq görülüb.

Bunu La Liqanın rəsmi səhifəsi açıqlayıb 17 yaşlı futbolçu sentyabr ayında 4 oyunda iştirak edib. Yamal bu qarşılaşmalarda 3 qol və 1 ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, İspaniya yığmasının üzvü bu mövsümdə 10 oyunda 5 qol vurub, 5 ötürmə edib.

0