İspaniya millisinin futbolçusu Lamin Yamal Argentinanın ulduzu Lionel Messi barədə danışıb.
Apasport.az xəbər verir ki, gənc futbolçu Messinin yüksək səviyyədə oynamasına sevindiyini bildirib.
“Təbii ki, hər kəs Messinin kim olduğunu bilir. Amma heç kim onun bu qədər yüksək səviyyədə oynayacağını gözləmirdi. Onun adına çox xoşbəxtəm.
Artıq turnirdə olmasalar da, Neymar və Kriştianu Ronaldo adına da sevinirəm. Hazırda futbol oynayan hər kəsin uşaqlığına damğa vurublar. Onların başına gələn hər gözəl şey məni də xoşbəxt edir.
Amma finala çıxsaq, həmin finalı qazanmaq istəyərəm”, - deyə Yamal bildirib.
Qeyd edək ki, İspaniya DÇ-2026-nın 1/4 finalında Belçika ilə qarşılaşacaq.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq