Yassin Benzia Əlcəzair millisində
04.10.2024 - 23:31
Yassin Benzia Əlcəzair millisində

"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasına dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Vladimir Petkoviç heyətdə 26 futbolçuya yer verib. Benzia Afrika Millətlər Liqasının seçmə mərhələsində oktyabrın 10-da və 14-də Toqo ilə görüşlərdə oynamaq imkanı əldə edib.

Qeyd edək ki, Yassinin komandası 2 turdan sonra 6 xalla qrupa başçılıq edir. Toqonun hesabında 2 xal var.

0