[b]Yığmamızın sabiq baş məşqçisi üçün film çəkilib [/b]
02.07.2018 - 15:09
[b]Yığmamızın sabiq baş məşqçisi üçün film çəkilib 

[/b]

Aşağı yaş qrupu üzrə qadınlardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Patrisiya Qonzalesin adına film çəkilib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, qısametrajlı film onun Azərbaydandakı 3 illik fəaliyyətinə həsr olunub.

 

“Sağ ol” adlı filmdə, xüsusən də, Qonzalesin ölkəmizdəki son günü lentə köçürülüb. Çəkilişləri Bakı və Mingəçevirdə aparılan “Sağ ol”un baş rolunda Selcan adlı 9 yaşlı qız oynayıb. Ssenariya əsasən, Patrisiya məhz Selcanın məşqçisi olur və sonda onlar vidalaşırlar.

 

Qeyd edək ki, Patrisiya Qonzales ölkəmizdə 19 və 21 yaşadək qızlardan ibarət yığmalara rəhbərlik edib.