“Yunayted” kubokla vidalaşdı
03.03.2025 - 00:58

“Mançester Yunayted” İngiltərə Kubokunun 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" öz meydanında “Fulhem”lə qarşılaşıb.
Görüşün əsas vaxt 1:1 hesablı heç-heçə yekunlaşsa da, qonaqlar rəqibini penaltilər seriyasında 3:4 hesabı ilə məğlub etməyi bacarıb.
Bu nəticə ilə "Yunayted" kubokdakı mübarizəsini dayandırıb.
Qeyd edək ki, İngiltərə kubokunun 1/8 final mərhələsinə sabah “Nottingem Forest” və “İpsviç” arasında baş tutacaq görüşdən sonra yekun vurulacaq.
0
0