“Yunayted”dən Rafinya bombası - 120 milyon avro təklif edəcək
11.10.2025 - 13:34
“Yunayted”dən Rafinya bombası - 120 milyon avro təklif edəcək

"Barselona"nın futbolçusu Rafinya karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı vingerlə "Mançester Yunayted" yaxından maraqlanır.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" qış transfer pəncərəsində braziliyalı futbolçu üçün kataloniyalılara 120 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Xatırladaq ki, Rafinya 2020–2022-ci illər arasında İngiltərə Premyer Liqasında “Lids Yunayted” klubunun formasını geyinib.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Barsa"nın heyətində çıxış etdiyi 7 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.