“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes cari mövsümdə Premyer Liqada 10 məhsuldar ötürmə edərək mühüm göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu bazar günü “Arsenal”a qarşı keçirilən və 3:2 hesabı ilə yekunlaşan oyunda mövsümdəki onuncu məhsuldar ötürməsini edib.
Bruno Avropanın ən yaxşı beş liqasında bu mövsüm ikirəqəmli məhsuldar ötürmə həddinə çatan ikinci futbolçudur. Ondan əvvəl bu göstəriciyə yalnız “Bavariya”nın futbolçusu Maykl Olise nail olub. Fransız oyunçunun Bundesliqada hazırda 14 məhsuldar ötürməsi var.
Məhsuldar ötürmələr reytinqində üçüncü pillədə “Bavariya”dan Luis Dias (9 ötürmə), dördüncü yerdə isə “Barselona”nın gənc ulduzu Lamin Yamal (8 ötürmə) qərarlaşıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi